Mexanik

  • GidroTransProyekt
  • Elanın qoyulma tarixi: 28.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mexanik

Vəzifələri:

-İnşaat maşın və mexanizmlərinin istismar prosesində istifadəsinə, texniki vəziyyətinə və onlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir.

-Sahəyə məxsus inşaat maşın və mexanizmlərinin təmiri və texniki xidməti üzrə işə rəhbərlik edir.

-Bu maşın və mexanizmlərə vaxtaşırı baxış və sınaq keçirilməsini təşkil edir.

-Onların texniki xidmət və sınaq keçirilməsini təşkil edir.

-Onların texiki xidmət və təmirləinin planlaşdırılmasında iştirak edir.

-İnşaat maşınlarının işiin uçotunu təşkil edir və onların istifadəsi üzrə hesabat sənədlərii tərtib edir.

-Maşın və mexanizmləri təmirə verir.

-Təmirin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.

-Yeni maşınları qəbul edir və onları texiki müayinədən keçirir. İstismar etmə müddətinə və digər səbəblərəörə, sıradan çıxmış maşın və mexanizmlərin silinməsi üçün lazımi sənədləri hazırlayır.

-Qış şəraitində işləmək üçün inşaat maşın və mexanizmlərinin hazırlığı üzrə tədbirlər görür.

-Sahədə olan inşaat maşınlarının pasportlaşdırılması və uoçtunu (mövcud, daxil olan, yerdəyişən) aparır.

-Özü hərəkət etməyən və ya aşağı sürətdə hərəkət edən maşın və mexanizmlərin quraşdırma, sökülmə, nəql edilməsi üzrə işə rəhbərlik edir.

-Baş podrat ümumtikinti təşkilatlarında tikinti obyektləri üçün metal konstruksiyalarının quraşdırılması, meal məmulatlaının hazırlanması və obyektlərin elektrik, istilik və su təchizatı üzrə işlərinə rəhbərlik edir.

-Sahədə olan inşaat maşın, mexanizmlər, qaldırıcı qurğu, cihazlar, elektrik avadanlığı, qazqaynaq aparatları, təzyiq altında işləyən qabların, quraşdırma, sökülmə, istismar və təmiri zamanı təhlükəsizlik texnikasıın qaydalarının yerinə yetirilməsini, habelə oların saz olması və müntəzəm yoxlanmasını təmir edir.

-Texniki ləvazimatın saz olmasına nəzarət edir, Sahəyə məxsus maşın və mexanizmləri, avadanlıqlar, asma nənnilərin və digər qurğuların sınaqdan keçirilməsini təşkil edir.

-Kiçik mexanizasiya vasitələri, mexanikləşdirilmiş və əl ilə görülən işərdə istifadə olunan alətlərin, tikinti ləvazimatının düzgün istismarını təmin edir; səyyar alət-paylayıcı stansiya (SPAS) və alət-paypayıcı anbarlarını (APA) alət və avadanlıqlarla komplektləşdirir, onların istismar, təmir və uçotunu təşkil edir. İnşaat maşın və mexanizmlərinə xidmət edən sahə fəhlələrini təhüksəizlik iş metod və üsulları üzrə təlimatlandırır və öyrədir.

CV-nizi (anketlərinizi)  [email protected] ünvanına Subject/Mövzu hissəsində “Mexanik” qeyd etməklə göndərməyiniz xahiş olunur.