Əmək haqqı üzrə mühasib

  • GidroTransProyekt
  • Elanın qoyulma tarixi: 28.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı üzrə mühasib

İdarə: Maliyyə
Şöbə: Mühasibatlıq
Tabeçilik: Baş Mühasib
İş qrafiki : 5 gün, 9.00 – 18.00
Nahar: 13.00 – 14.00
Ezamiyyə: tələb olunmur

Vəzifə öhdəlikləri:

- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Əmək haqqı üzrə mühasibat müxabirləşmələrinin yazılması və yoxlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişinin nəzarəti;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron portalında qeydiyyatı;
- Təhtəlhesab şəxslərlə ezamiyyələr üzrə hesablaşmaların aparılması və onlara nəzarət (Bu sahədə olan Norma və Qaydalara əsasən);
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilərin əmək haqqı ilə bağlı yaranmış suallarının cavablandırılması;
- Əmək haqqı ilə bağlı dövlət orqanlarının suallarının cavablandırılması;
- Rəhbərliyin əlavə tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi, NK Qərarları üzrə müvafiq biliklər;
- Analitik təhlil qabiliyyəti;
- MS Excel (yüksək), MS Word (yaxşı) proqramları ilə işləmək bacarığı
- 1С 8.3. Proqramında işləmək bacarığı
 
CV-nizi (anketlərinizi)  [email protected] ünvanına Subject/Mövzu hissəsində “Payroll accountant”qeyd etməklə göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə uyğun olmayan CV və anketlərə baxılmayacaqdır.