Aqronom

  • Region Agro
  • Elanın qoyulma tarixi: 28.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Aqronom
Sahə: Kend Teserrüfati
İş yeri: Goranboy rayonu, Dəliməmmədli şəhəri.

İşin təsviri:

• Növbəli əkin sistemini tətbiq etmək, əkindən əvvəl seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək
• Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi,suvarma işlərinin təmini və su itkisini azaltmaq
• Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
• Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək
• Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
• Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün əməyin düzgün təşkili və iş normalarını yerinə yetirmək
• Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək
• Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək
• Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi vəyığılmasını təmin etmək
• Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə  proqramların hazırlanması

TƏLƏBLƏR:

• "Kənd Təsərrüüfatı standartlarını bilməli
• Planlaşdırma bacarığı olmalı
•  Kənd təsərrüfatı sahəsində ali təhsil
• Yonca, dənli bitkilər (buğda, arpa, qarğıdalı, yem bitkiləri  və s.) və tərəvəz yetişdirilməsi (becərilməsi) texnologiyaları sahəsində praktiki bilik və ən azı 1-3 il
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli
• Həyata keçirilən işlərin hesabatlılığının aparılması

Təminatlar:

•  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
•  Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aqronom” yazaraq [email protected]  ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.