Oracle PL/SQL Developer

İşin təsviri

AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin İT komandasına Oracle PL/SQL Developer axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Oracle PL/SQL Developer

Departament: İnformasiya Texnologiyaları
Tabeçilik: Departament direktoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün son tarix: 30.07.2019

Vəzifə öhdəlikləri:

- Məlumat bazası serverinin optimallaşdırılmasına və ümumi məlumat bazalarına dəstək göstərilməsinə cavabdehlik;
- Yazılmış SQL kodların dəstəklənməsinə və texniki sənədləşmənin aparılmasına məsuliyyət daşımaq və baza administratoruna məlumat bazalarında görüləcək işlərdə köməklik göstərmək;
- Yeni layihələrin yaradılmasında və mövcud layihələrin yenilənməsində komanda ilə birgə çalışaraq Oracle Məlumat Bazalarının yaradılmasında və yenilənməsində öz biliklərini paylaşmaq;
- Məlumat bazasının performansını artırmaq üçün rəhbərliyə öz təkliflərini vermək.

Namizədə qoyulan tələblər:

- Oracle məlumat bazası ilə iş, nüsxəsinin çıxarılması, məlumatların köçürülməsi, testi;
- Oracle 10g, 11g, 12c versiyaları ilə iş təcrübəsi;
- Oracle PL/SQL bilikləri, OPL arzuolunandır;
- Funksiyalarla, prosedurlarla, triggerlərlə, paketlərlə və ayarlarla iş təcrübəsi;
- Yeni və gələcək texnologiyaların qiymətləndirilməsi;
- Texniki dəstəyin göstərilməsi və yaranan nasazlıqların aradan qaldırılması;
- Baza administratorluğu bacarığının olması arzuolunandır;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

CV-ni “Oracle PL/SQL Developer” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.