Aşpaz köməkçisi – şirniyyatçı (Commis pastry)

İşin təsviri

“Groupone” MMC şirkəti PAUL restoranlar şəbəkəsinə aşağıdakı vəzifə üzrə boş iş yeri elan edir:

Vəzifə: Aşpaz köməkçisi – şirniyyatçı (Commis pastry)

Vəzifə öhdəlikləri:

• Kulinar məmulatlarının hazırlanması zamanı yardımçı işlərin görülməsi;
• Meyvələrin, giləmeyvələrin mexaniki vasitələrlə və ya əl ilə yuyulmamışdan qabaq və yuyulandan sonra təmizlənməsi, onların sürtgəcdən keçirilməsi, əzmə hazırlanması;
• Meyvələrin, giləmeyvələrin seçilməsi;
• Qüsurlu nümunələrdən və kənar qarışıqlardan azad olunması;
• İş yerinin hazırlanması və yığışdırılması;
• Xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri;
• Təmizlənmiş meyvələrin saxlanması müddətlərini və şərtlərini;
• Məhsulların doğranması zamanı təhlükəsiz iş üsullarını;
• Su qaynadıcılarından istifadə qaydalarının;
• Şirkətin standartlarına xas bir şəkildə keyfiyyətli, sanballı və gözəl təqdim edilən qida məmulatlarını hazırlamaq.
• Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq.
• Gündəlik fəaliyyət üçün lazım olan hazır yarımfabrikat məmulatları təşkil etmək.
• İş yerinin və avadanlıqların səliqəli və təmiz qaydada, sanitariya qaydalarına müvafiq şəkildə saxlamaq.
• Çatışmamazlıqlar olarsa, xəbərdarlıq etmək.
• Qida təhlükəsizliyi prosedurlarına və təhlükəsiz iş mühitinin yaradılması qaydalarına riayət etmək və digərlərini də sövq etmək.
• Ərzaq ehtiyatlarının müvafiq şəkildə saxlanılmasını təmin etmək.

Tələblər:

• Təhsil: orta
• Yaş həddi: 20-35
• Cinsi: Kişi və ya qadın
• İş stajı: müvafiq iş üzrə 1 ildən az olmayaraq
• Dil bilikləri: azərbaycan və rus dilləri (əla), ingilis dili biliyinə üstünlük verilir
• Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
• Restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əmək şəraiti:

• Əmək haqqı: razılaşma yolu ilə
• 6 günlük növbəli qrafik
• Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aşpaz köməkçisi– şirniyyatçı (Commis Pastry)” yazıb göndərməklə müraciət edə bilərsiniz.