Restoran Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

•            Restoranın fasiləsiz fəaliyyətinin təşkili

•           Standartların tələblərinə riayət edilməsinə nəzarət

•           Müştərilərlə danışıqların aparılması

•           Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət

•           Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi

•           Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək

•           Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək

•           İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək

•           Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək

•           İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak

•           Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.

•           Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.

 

Namizədə dair tələblər:

  • İş təcrübəsi : Müvafiq sahədə işçi kimi  iki ildən az olmayaraq iş təcrübəsi
  • Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
  • Detallara diqqət etmək bacarığı
  • Əmək intizamına riayət etmək
  • Kollektivdə işləmək bacarığı;
  • Kompüter bilikləri: MS Office (Excell, Word)

 İş şəraiti:

  • İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
  • İstirahət günü: 1 gün

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı :  1800 AZN

Uyğun namizədlər öz cvlərini “Restoran Meneceri” başlığı ilə e-mail ünvanına göndərə bilərlər.