Gözətçi

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 14.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifnin adı: Gözətçi

Yerləşmə: Bakı, Azərbaycan

Tabedir: İnzibati işlər üzrə menecer

Tələblərimiz:

• Qeyd olunan vəzifədə ən azı 3 illik iş təcrübəsi;
• Azərbaycan dili – əla, rus dili arzuolunandır;
• Kollektivlə işləmək və ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik, punktuallıq və məsuliyyətlilik;

Əsas məsuliyyətlər:

• Hər hansı müdaxilənin qarşısınıalmaq və müdaxilə əlamətlərinin qarşısını almaq məqsədilə binaya nəzarət edir və qapıların, pəncərələrin və darvazanın təhlükəsizliyini təmin edir
• Həyəcan siqnallarına reaksiya verir və yaranan narahatçılıqları araşdırır
• Oğurluğun qarşısını almaq və binanın təhlükəsizliyini qorumaq məqsədilə işçilərin, qonaqların, və digər şəxslərin girişinə və çıxışına nəzarət edir və icazə verir  
• Avadanlığa və ya əmlaka dəyən ziyan, icazəsi olmayan şəxslərin binada olması və ya qeyri-adi hadisələrin baş verməsi kimi gündəlik fəaliyyət və qayda pozuntuları haqqında hesabat yazır
• Yanğın və ya icazəsi olmayan şəxsin binada olması kimi fövqəladə hallar zamanı polisə və ya yanğın şöbələrinə zəng edir
• Təhlükəsizlik sistemlərinin, avadanlıqların və cihazlarının işlək vəziyyətdə olmasına nəzarət edir və nizama salır.

Iş rejimi:

• Növbəli iş qrafiki – həftədə 40 saat;
• Gecə növbəsi mövcuddur.

Necə müraciət etməli:

Rezümelərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Gözətçi” vəzifəsini göstərməyi unutmayın.

Son tarix: 15 avqust 2019-cu il.

İşəgötürənin reytinqi