Əməliyyatlar üzrə Direktor

  • Barattson
  • Elanın qoyulma tarixi: 11.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson “Əməliyyatlar üzrə Direktor” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Şirkətdə səmərəliyi, daxili və xarici əməliyyat proseslərinin faydalı iş əmsalını ölçmək və proseslərin təkmilləşdirilməsi yollarını tapmaq;
• İnkişaf strategiyalarını hazırlamaq və həyata keçirmək;
• Keyfiyyətə təminat üçün şirkət və müştəri arasında əlaqə yaratmaq;
• Menecerlər daxil olmaqla, bütün işçilərə təlim (mentorluq) vermək;
• Təşkilati və satış məqsədlərini qarşılamaq və ya keçmək üçün işçiləri motivasiya etmək;
• Gündəlik əməliyyatlara nəzarət etmək və zəruri hallarda düzəlişlər etmək;
• İdarə heyətinə və digər şirkət əməkdaşlarına yeni fikirlər və pul axınları strategiyaları təqdim etmək;
• Təşkilatın məqsədlərinə çatmaq üçün aktivlərin alınması və satışını istiqamətləndirmək;
• Yeni satış planlarının həyata keçirilməsini qiymətləndirmək;
• İşçilərin özlərini dəyərli hiss etmələri üçün əmək haqqı və mükafat sistemin olmasını təmin etmək;
• İnformasiya axınının faydası üçün həmkarları arasında ünsiyyət qurmaq və ortaya çıxan problemləri aradan qaldırmaq;
• Layihələrin idarə olunmasına nəzarət etmək;
• Şirkətin mənafeyini qorumaq.

Əsas tələblər:

• Ali təhsil (Xarıcdə təhsil dərəcəsi mütləqdir).
• 3 ildən çox təhsil sektorunda əməliyyatların idarəedilməsi üzrə təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis dili-səlis, Rus dilini bilmək üstünlükdür
• Kompüter bacarıqları: Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək
• İdarəetmə və liderlik bacarığı
• Təhlil etmə qabiliyyəti
• Starteji planlaşdırma, risklərin idarəedilməsi, biznesin inkişafı üzrə biliklər
• Ünsiyyət yaratmaq bacarığı
• Təzyiq altında işləmək bacarığı
• Digərlərini təlimləndirmə bacarığı

Əmək haqqı: razılaşma yolu ilə

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Əməliyyatlar üzrə Direktor”qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 10 Avqust 2019 ci il.

İşəgötürənin reytinqi