Mühasib-Anbardar (Qusar rayonu)

  • Metak
  • Elanın qoyulma tarixi: 08.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Mühasib-Anbardar (Qusar rayonu)

Namizədə tələblər:

- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu);
- İş təcrübəsi 0-1 il;
- MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili.
- Analitik düşüncə, verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmaq.

Qeyd: Qusar rayonunda yaşayan namizədlərə üstünlük verilir.

Namizədlər öz CV-lərini mövzu sətrində vakansiyanın adını Mühasib-Anbardar qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər.