İT Helpdesk üzrə bölmə rəisi

İşin təsviri

Vakansiyanın adı: İT Helpdesk üzrə bölmə rəisi

Vakansiyanın kodu:

V19070209;
V19070210;
V19070211.

Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: Məlumat Hesablama Mərkəzi Departamenti
Vakansiya üzrə struktur: Texniki dəstək şöbəsi, Şimal regional bölməsi;
Texniki dəstək şöbəsi, Qərb regional bölməsi;
Texniki dəstək şöbəsi, Cənub regional bölməsi.
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 7
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili

İş yerinin ünvanı:

Xaçmaz rayonu, Yalama stansiyası;
Gəncə şəhəri, Gəncə stansiyası;
Şirvan rayonu, Şirvan stansiyası.

Tələb olunan minimum təhsil dərəcəsi: Ali
Tələb olunan minimum əmək stajı: İKT sahəsi üzrə 3 il

Tələb olunan komputer bilikləri:

- Windows əməliyyat sistemləri (7-10) – sərbəst səviyyədə;
- Windows Server 2012/2016 üzrə baza bilikləri – sərbəst səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

 Rus dili – yaxşı səviyyədə;
 İngilis dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

-Helpdeskə dair biliklər;

- Mini ATS-ə dair biliklər;

- Şəbəkə avadanlıqları üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Məsuliyyətlilik, keyfiyyətyönümlülük, davamiyyətlilik, rəhbərlik etmək və problem həll etmək bacarığı

Digər tələb və üstünlük göstəriciləri: Texniki sahə üzrə ali təhsili olan, müvafiq sahə üzrə sertfikatlara (CompTİA A+) sahib olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

 Daxil olmuş sorğuların vaxtında və düzgün həll edilməsinin təmin edilməsi;
 Notebook, masaüstü komputerlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənilməsi, problemlərin aşkar olunaraq aradan qaldırılmasının təmin edilməsi.

Vakansiyanın elan olunma tarixi: 02.07.2019
Son müraciət tarixi: 16.07.2019

Vakansiyaya müraciət etmək üçün link:

https://ady.az/az/career/vacancy/69/1067 - Xaçmaz rayonu, Yalama stansiyası;

https://ady.az/az/career/vacancy/69/1068 - Gəncə şəhəri, Gəncə stansiyası;

https://ady.az/az/career/vacancy/69/1069 - Şirvan rayonu, Şirvan stansiyası.