Əməyin təhlükəsizliyi üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 07.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

Əməyin təhlükəsizliyi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

1.Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyəti qadağan etmək;
2.Potensial təhlükələrin aradan qaldırılması üçün önləyici fəaliyyətin hazırlanmasında iştirak etmək;
3.Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyin təmin edilməsi üzrə göstəriş və təklifləri tərtib etmək;
4.Ərazidə baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
5.Əmək təhlükəsizliyi üzrə standartların və digər norma, qayda və təlimatların tətbiq edilməsinə metodik-təşkilati rəhbərlik etmək;
6.Yanğın təhükəsizliyi və texniki təhlükəsizlik üzrə təlimatların vaxtlı-vaxtında işlənib hazırlanmasına və iş yerlərinin təlimatlarla təmin edilməsinə nəzarət;
7.Avadanlıqlarda qoruyucu və mühafizə vasitələrinin, yanğın söndürmə işarəedicilərinin və əlaqə vasitələrinin işçi vəziyyətdə saxlanmasına nəzarət;
8.Xüsusi geyim, iş ayaqqabısı, fərdi mühafizə vasitələri və digər qoruyucu alətlərin müəyyən olunmuş qayda üzrə verilməsi və istifadə olunmasına nəzarət;
9.İstehsal sahələrini və iş yerlərini plakatlar, təhlükəsizlik nişanları, xəbərdaredici nişanlarla və digər təbliğat vasitələri ilə təmin etmək;
10.Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
11.Əmək mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin iş planını tərtib edib və təsdiq üçün direktora təqdim etmək;

Vəzifəyə olan tələblər:

- Təhsil Ali təhsil
- Staj Ən azı 2 il iş təcrübəsi
- Dil biliyi Azərbaycan/ rus/ingilis dillərini bilmək
- Kompyuter biliyi MS Office proqramları
- Xasiyyət xüsusiyyətləri Liderlik keyfiyyətləri, dəqiqlik və punktuallıq, komandada işləmək bacarığı.

İş qrafiki: həftədə 5 gün, 09:00-18:00

E - mail : [email protected]

İşəgötürənin reytinqi