Xarici təchizat üzrə mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 07.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Xarici təchizat üzrə mütəxəssis

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Xarici təchizat üzrə mütəxəssis” vakansiyası üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

 Bölmələrdən daxil olmuş sifarişlərdə tələb olunan keyfiyyət, texniki göstəricilər əsasında mal-materialların xarici bazarda araşdırmasını həyata keçirir, qiymət və nəqliyyat baxımından uyğun olub-olmadığını təsbit edir;
 Tədarükçü şirkətlərdən qiymət təklifləri alır, tender dəyərləndirməsi edərək bütün göstəricilər üzrə ən səmərəli tədarükçünü seçir;
 Alınacaq mal və ya göstəriləcək xidmət üçün tədarükçü şirkətlərlə rəsmi müqavilələrin bağlanmasını təmin edir, ödənişin edilməsi, gömrük və sair sənədlərin hazırlanması, malın çatdırılması prossesini təqib edir, malın zamanında gəlməsi üçün tədbirlər həyata keçirir;
 Tədarükçü şirkətlərin nümayəndələri ilə satınalma prossesinin keyfiyyətinin artırılması məqsədilə görüşlər keçirir, ehtiyac olarsa istehsalat ilə tanış edir;
 Alınmış mal-materialları yoxlayır və xammal anbarına təhvil verir;
 Görülən işlər haqqında hesabat verir;

Seçim meyarları:

Təhsil: Ali
İş təcrübəsi: minimum 3 il
Xarici dil biliyi: Rus, İngilis və Türk dillərində sərbəst bilməlidir.

İş şərtləri:

Struktur: Polad Boru Zavodu
Əmək haqqı: Razılaşma əsasında
Ezamiyyətlər: Mümkündür (xarici)
İş rejimi: Həftə içi 5 gün 09:00-18:00, Şənbə 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir
Bakı şəhərindən servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “xarici təchizat üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.