Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mütəxəssis (Şəmkir)

İşin təsviri

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mütəxəssis (ŞƏMKİR)

Şirkətin adı:   “Zəyəm Texnologiyalar Parkı”ASC
Vakansiya:     Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə  mütəxəssis
İş yeri:           Azərbaycan, Şəmkir rayonu, Zəyəm qəsəbəsi

Əsas vəzifə öhdəlikləri:

• İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmaq  və  əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;
• Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim etmək;
• Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi və texniki texniki təhlükəsizlik  üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim etmək;
• Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlamaq (çəpərləmə, müdafiə qurğuları, işıqlandırma, işarəvermə və s.);
• Əməyin mühafizəsinin, işçilərə təhlükəsiz iş üsulunun vaxtında öyrədilməsini və təbliğini təşkil edir, təlimatların keçirilməsinə fəhlələrin biliklərinin yoxlanılmasına, təlimatların və biliklərin yoxlanılması haqqında jurnallarda düzgün qeydlərin aparılmasına nəzarət təşkil etmək və bu işin cədvəlini hazırlamaq;
• Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, odsöndürən balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə  hallar zamanı görüləcək tədbirlər  barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq;
• Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
• Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin məyyən etmək, risklərin qiymətləndrimək, zəruri   tədbirlərinin  alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş vermiş  bədbəxt hadisələrin təhqiqatını aparmaq, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən hadisəni törədən səbəblərin müəyən etmək,  hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək  və   müəyyən edilmiş   səbəblərin  aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
• İstehsalatda bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
• Rəhbərliyə vaxtaşırı hesabatlar təqdim etmək.

Namizədə Dair Tələblər

• Ali təhsil (Texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsal sahəsində təcrübə arzuolunandır);
• Azərbaycan dilinində sərbəst danışmalı, Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək arzuolunandır;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• İSO 45001 standartlarını bilmək arzuolunandır;
• ƏM və TT üzrə beynəlxalq sertifikasiya arzuolunandır (HEBOSH, OSHA, IOSH, CISH və s.);
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
• Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalıdır.

İş şərtləri:

• 5 günlük iş həftəsi, bazar ertəsi-cümə günü: saat 08:00-17:00
• Nahar müəssisə tərəfindən təmin edilir.
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 

Müraciət üçün son tarix: 20 İyul 2019

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını (ƏM və TT ) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.