HR Administrator

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 30.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: HR Administrator
Şöbə:  İnsan Resursları

- İşçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması, məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsini həyata keçirmək
- E-gov.az və 1C sisteminə tələb olunan məlumatları daxil etmək
- Əmək kitabçalarının açılması, qeydiyyatı, lazımi məlumatların daxil edilməsi və işdən çıxan işçilərə təhvil verilməsi
- Xarici vətəndaşların viza ilə bağlı prosedurlarını həyata keçirmək 
- İşçilərdən qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədləri qəbul etmək
- İşçilərin şəxsi işlərin yığılmasının və arxivləşdirilməsinin təşkili
- Namizədlərlə müsahibələrin təyin edilməsi
- Şöbələr tərəfindən təqdim olunan tabellərin ilkin yoxlanışını aparmaq və səhvlər olduqda dərhal şöbəni məlumatlandırmaq
- Yeni işçilərə yerləşmə prosesində yardımçı olmaq və lazımi avadanlıqlarla təmin edilməsinə nəzarət etmək.

Namizədə tələblər:

- Ali təhsil (Hüquq və Psixologiya üzrə olanlara üstünlük veriləcəkdir)
- Minimum 1 il İnsan Resursları şöbəsində təcrübəyə malik olmalı
- İngilis və Rus dillərində sərbəst məktublaşmalı
- MS Office - Word, Excel proqramlarında sərbəst işləyə bilməli
- Təşkilatçılığı yüksək səviyyədə olmalı
- Məsuliyyətli, işgüzar, ciddi və aktiv olmalı
- Əla şifahi və yazılı ünsiyyət bacarığı olmalı
- 1c proqramını bilmək üstünlükdür.

Əmək haqqı müsahibə zamanı müəyyən olunur.

Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “HR Administrator” qeyd etməklə, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi