Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 27.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisin Strateji Layihələr Şöbəsində Analitika və Planlama Sektoru Müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

1. Planlaşdırma və Analitika  prosesslərini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirmək və prosesə riayət eetmək.
2. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
3. Hədəflərin əldə edilməsi və saxlanılmasına yönəlmiş, informasiyanı təhlili edir;
4. Sektorun planlanlaşdırılmasını, inkişafını və koordinasiyasını təmin edir;
5. Departament daxili biznes-proseslərin tənzimlənməsi, tədbiqi və yerinə yetirilməsinə nəzarət edir;
6. Hesabat standartlarının hazırlayır və həyata keçirir, hesabatların yenilənməsi prosesinin təşkil edir, bütün maraq göstərən bölmələrinə hesabatlarla məlumatlı olmağını təmin edir;
7. Daxili informasiya sistemindən məlumatların emalını, analizinı və təqdimatını təşkil edir;
8. Tabeçiliyində olan personalın fəaliyyətini qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirilməsi  Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
9. Sektor qarşısında qoyulan işləri Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasına nəzarət edir;
10. Planlama və analitik məlumatların idarəedilməsi proseslərinin Departamentin Prosedurlarına uyğun olaraq aparılmasına nəzarət edir;
11. Sektorun “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
12. Sahəsinə aid olan Daxili Qaydaların,  Təlimatların, Proseslərin, Prosedurların tərtibatına  və onların daimi müasirləşməsinə, eyni zamanda istifadəsinin riayət olunmasına dair tədbirlər qörür;
13. Tabeçiliyində olan personalın inkişafını təmin edir;
14. “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
15. Sektorunun fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
16. Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
17. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali  Təhsilli;
2. Layihələrin idarəedilməsi sahasində ən azı 5 il təcrubəsi olmalıdır
3. Rəhbərlik üzrə ən azı 3 il iş stajına malik olmalıdır;
4. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
5. İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır;
6. İdarəetmə və planlama sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
7. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;
8. Kompüter bilikləri üzrə : MS Office (Word, Excell, PowerPoint və s.), Visio və MS Project programlarını mükəmməl bilməlidir;
9. Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə yüksək səviyyədə malik olmalıdır;
10. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
11. İşgüzar yazışma əsaslarını bilməlidir;
12. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və yüksək karyera imkanları.

Aztelekom” MMC rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır.

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini [email protected] e-ünvana göndərsinlər. CV-də maaş gözləntisini qeyd etməyinizi xahiş edirik.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Analitika və Planlama Sektoru Müdiri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşəgötürənin reytinqi