Baytrar həkim

İşin təsviri

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC  “Baytrar həkim” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları

 Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
 Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
 Buzovların müayinə və müalicə işini aparır;
 Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
 Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
 Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
 Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
 Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
 Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
 Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
 Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir;

Tələblər

 Təhsil: Baytarlıq sahəsində ali təhsil olanlara üstünlük veriləcəkdir
 Baytarlıq üzrə ən azı 1-3 il iş təcrübəsi
 Minimum yaş 25-dən aşağı olmamalı
 Azərbaycan,Rus dillərini yaxşı bilmək
 Kənd təsərrüfatı sahəsində işləyənlərə üstünlük verilir
 Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.