Mühasib

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 26.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Mühasib

Vəzifə öhdəlikləri:

 Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks olunmasını təmin etməlidir ;
 Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
 Çatışmazlıqların,   pul   vəsaitlərinin   və   mal-material   qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görmək;
 İtkinin əmələ gəlmə səbəblərini və qeyri məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq;
 Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparmaq;
 Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması;
 Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirilməsi;
 Bank hesablaşmaları üzrə əməliyyatların aparılması;
 Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması.
 Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
 Əmək haqqı, debitor–kreditor borclar və sair  hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsi; 

Namizədə tələblər:

 Ali Təhsilli 
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi; 
 Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar; 
 Microsoft office proqramlarından istifadə bacarığı.  

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət; 
 Əmək haqqı: 600 AZN
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün nəqliyyat xidməti var. (Nəqliyyat xidməti: Sumqayıtdan, Xırdalandan, 20 Yanvardan)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.