Lizinq satışı üzrə mütəxəssis

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 07.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Lizinq satışı üzrə mütəxəssis

Əmək haqqı : 800-1000 AZN + bonus (%)

İşin təsviri:

- Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
- Müştərilərin maliyyə təhlilinin aparılması 
- Müqavilələrin hazırlanması və bağlanması
- Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- İşlə bağlı rayonlara ezamiyyətlərə getmək

Tələblər:

- Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Azərbaycan dili sərbəst, ingilis dilini bilən namizədlərə üstünlük verilir
- Lizinq satışı vəya banklarda biznes kreditlərinin satışı sahələrində ən azı 3-5 il iş təcrübəsi
- Satışın qaydaları, əsasları və strukturu
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi 
- Yalnız kişi namizədlər nəzərdən keçirilir
- Ofis proqramlarıyla sərbəst işləmək bacarıqı.

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Lizinq satışı üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi