Əməliyyatlar üzrə mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədləşmə işi üzrə 1 il təcrübə;
  • Azərbaycan dili səlis;
  • Bank, BOKT, İnvestisiya və Maliyyə şirkətlərində iş təcrübəsi arzuolunandır.

Vəzifə öhdəlikləri: 

  • Müştəriyə aid sənədlər toplusunu müvafiq qaydaya əsasən regionlardan tələb etmək, daxil olan sənədləri yoxlamaq;
  • Müvafiq qeydlər aparmaq, aidiyyatı üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
  • Qovluqların tərkibinə əsasən sənədləri çap etmək, sənədlər toplusunu tamamlamaq və rəhbərliyə imza üçün təqdim etmək;
  • Müvafiq orqanlara sənəd toplusunu ötürmək, elektron sənədləri təhvil vermək və zəruri hallarda elektron sistemlərdə qeydiyyat aparmaq;
  • Digər təşkilat tərəfindən maliyyələşdirilən əqdləri müvafiq təşkilatlara ötürmək;
  • Müştəri sənədlərini elektron arxivləşdirmək, müvafiq hökumət qurumunun MİS-də müştəri memorandumunu doldurmaq, maliyyələşmiş sənədləri arxivə təhvil-təslim əsasında təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 500 – 700 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əməliyyatlar üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.   

İşəgötürənin reytinqi