Restoran meneceri

  • SAFA Holding
  • Elanın qoyulma tarixi: 17.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bakı şəhərində fəaliyyət göstərən “SAFA” restoranı “Restoran meneceri” vakansiyasına elan verir:

Əsas vəzifələr:

• Restoranın  müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsi;                                               
• Heyətin işə götürülməsi, idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi;                                                                  
• Ayliq satiş planlarını təyin etmək və onları təmin etmək;                                                                                                      
• Restoran satışının artırılması ilə əlaqədar işləri görmək;
• Restoranda təqdim olunacaq yeməklərin menyularının hazırlanması ilə məşğul olmaq;                                                
• Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək;
• Restoranda təqdim olunan yeməklərin yüksək gigiyena və təmizlik standartlarına uyğun olaraq hazırlanmasını təmin etmək;          
• Xidmət səviyyəsinin keyfiyyətinə və yuksəldilməsinə nəzarət etmək;
• Restoran daxilində müştəri məmnuniyyətini əsas prioritet hesab edərək, müştərilərə yüksək xidmət göstərilməsinə nəzarət etmək;    
• Müştərilərlə maraqlanmaq, qarşılaşdıgı problemlərlə məşğul olmaq;
• Restoranın avadaqlıqlarının saz vəziyyətdə olmasını təmin etmək və lazım gəldikdə yeni avadanlıqları sifariş vermək;
• Restoran işçilərini motivasiya etmək.

Tələblər:

• Cinsi: kişi;
• İş yeri: Bakı şəhəri;
• İş günləri- 6 gün;
• Əmək haqqı: Razılaşma ilə
• Yaş həddi: 25-45 yaş                                                                                                                                                                  
• Təhsil: Ali
• Azərbaycan  dilini səlis bilməli, rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• Restoran idarə olunması sahəsində ən az 3 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Bilik və bacarığınıza uyğun əmək haqqı;
• Nahar şirkət tərəfindən təmin edilir.

Maraqlanan şəxslər CV-lərini mövzu yerində “Restoran meneceri” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123.