İnsan resursları üzrə mütəxəssis

  • SAFA Holding
  • Elanın qoyulma tarixi: 19.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bakı şəhərində fəaliyyət göstərən “SAFA HOLDİNG” şirkətlər qrupu “İnsan resursları üzrə mütəxəssis” vakansiyasına elan verir:

İş barədə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, əmək kitabçalarının müvafiq qaydada doldurulması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
• İşçilərə məzuniyyətlərinin verilməsinin uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayyət etmək üçün gündəlik davamiyyətin qeydiyyatının aparılması, aylıq tabelin hazırlanması, tabelin mühasibatlığa təqdim edilməsi;
• Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizədlərin seçilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
• İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
• Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi.
• HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• Kadr bazasının yaradılması;
• Şirkət daxili prosedurların hazırlanması;
• İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
• Sosial müavinətlərin hesablanması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İnsan resursları departamentinə aidiyyəti olan hesabatların tərtib edilməsi və təqdim edilməsi;
• Əmək haqqı: 700 - 900 AZN;
• İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət;
• İş yeri: Bakı şəhəri.

Tələblər

• Hüquq və ya insan resursları üzrə ali təhsil (Magistr təhsili arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il təcrübə;
• Yaş həddi (25-40 yaş)

Nəzəri biliklər:

• Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
• AR Əmək məcəlləsi;
• İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
• Personalın qiymətləndirmə sistemi və metodları;
• Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
• Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasını bilməli;
• Əməyin mühafizəsi qayda və normaları.
• Azərbaycan dilində mükəmməl bilməli, Rus və İngilis dillərində bilməsi arzuolunandır;
• Komputerdə işləmək bacarığı (Word, Excel, Outlook);
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “İnsan resursları üzrə mütəxəssis” vakansiyasının adını qeyd edəsiniz.

Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123.