İşə qəbul üzrə baş mütəxəssis

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 11.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşə qəbul üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

 Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
 Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
 Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
 İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
 Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək
 Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
 Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
 Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunansənədlərin qəbulu və s.
 İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
 İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
 Rəhbərliyin işə qəbulla bağlı bilik və bacarıqlarının artırılması məqsədi ilə öz tövsiyyələrini vermək və şirkətin işə qəbul prosedurları ilə bağlı işçiləri bilgiləndirmək;
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Tələblər:

 İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır(
 Ali təhsil. Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
 AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
 Mülki tikinti sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus dili – arzuolunandır;
 Kompüter bacarıqları: MS Office proqramları;
 Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.