Direktor köməkçisi

  • Company
  • Elanın qoyulma tarixi: 09.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Direktor köməkçisi

Vəzifə öhdəlikləri:

- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərin iştirak edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Ezamiyyələr üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

- Ali təhsil
- Yaş həddi: 24-30 yaş
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Xarici ezamiyyələrə hazır olmalı

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 1000-2000 AZN

Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.