Avtomatlaşdırma Mühəndisi

İşin təsviri

AVTOMATLAŞDIRMA MÜHƏNDİSİ

Əsas vəzifələr :

• Binaların avtomatlaşdırma sistemlərinin  (BMS) işlədilməsi
• Yangın təhlükəsizlik sistemlərininin avtomatlaşdırılmasını bilməli;
• Avtomatlaşdırma sistemlərinə aid olan qeydiyyatların mütamadi qaydada tutulması və hesabatlılığın aparılması və bütün önləyiçi tədbirlərin alınması;
• Avtomatlaşdırma avadanlıqlarının texniki cəhətdən sazlığına nəzarət etmək;
• Göstərilən bütün işlərin təyin olunan standartlardan daha yüksək olmasını təmin etmək.
• Gərgin və yüksək templi iş mühitinə uyğunlaşmaq qabiliyyəti.

Tələblər:

• Mürəkkəb texniki-elektrik qurğulara və avadanlıqlara malik tikililərdə avtomatlaşdırma sistemlərinin işlədəbilməsində təcrübəyə malik olmalı (ən az 3 il);
• Elektrik, elektronika və ya avtomatlaşdırma üzrə  ali təhsilə malik olmalı;
• Növbəli iş rejimində çalışmaq imkanına malik olmalı.
• Xarici dil biliklərinə malik olmalı (İngilis,Rus və s.)

Seçilmiş namizədlər xüsusi təlim keçəcəklər.

Namizədlərdən  3x4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyihalını (CV) [email protected] ünvanına göndərməyinizi və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməyinizi xahiş edirik.
Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir