Elektrik Ustası (Zəif Axın Sistemləri üzrə)

İşin təsviri

Tələblər:

  • Orta texniki və ya ixtisaslaşmış ali təhsil;
  • Zəif axın sistemləri üzrə minimum 2-3 il təcrübə;
  • CCTV, access control, yanğın siqnalizasiya və digər zəif axın sistemləri üzrə bilik və bacarıq;
  • Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və operativ yanaşma.

Vəzifə öhdəlikləri:

  • Kompleksdə zəif axın sistemlərinin (CCTV, access control, siqnalizasiya, internet və telefon xətləri, domofon və s.) daim işlək vəziyyətdə saxlanılması;
  • Yanğın siqnalizasiya və xəbərdarlıq sistemlərinin (detektorlar, sirenlər, FACP və s.) daimi nəzarətdə saxlanılması və test edilməsi;
  • Yeni sistemlərin quraşdırılması və mövcud sistemlərin modernizasiyası;
  • Gündəlik texniki baxış və nasazlıqların operativ aradan qaldırılması;
  • Zəif axın kabellərinin çəkilişi və düzgün bağlantısının təmin olunması;
  • Texniki sənədləşmələrin və sxemlərin oxunması və tətbiqi.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı 1100-1400 AZN;
  • Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
  • Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
  • Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Elektik ustası (zəif axın)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.