Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Xəstəxanalar və klinikalara satış şöbəsinin mütəxəssis vəzifəsinə işçi dəvət edir.
Mütəxəssis:
- Yeni müştəri axtarışı və cəlb edilməsi üçün lazımı işlərin görür;
- Təyin edilmiş ərazi üzrə müştəri araşdırması aparır;
- Müəyyən edilmiş müştərilərlə şirkət arasında iş birliyi yaradır;
- Gündəlik müəyyən edilmiş plan üzrə müştəri ziyarət edir;
- Gündəlik sifarişlərin çatdırılması,ödənişləri,iadələrinin təminatını həyata keçirir;
- Satış planının tərtibi və həyata keçirilməsi ilə bağlı keçirilən iclaslarda iştirak edir.
Tələblər:
Ali (Tibbi və ya kimya-biologiya üzrə);
Ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
Dəqiq və diqqətli olmaq;
İşin keyfiyyətinə zərər vurmadan böyük həcmdə iş görmək bacarığı;
Azərbaycan dilini bilmək vacibdir.
İngilis və rus dilləri arzu olunandır.
Maraqlananlar CV-lərini “[email protected]” elektron ünvanına 30.06.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Satış mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.