Digital Marketing Manager

İşin təsviri

Şirkət: DA şirkətlər qrupu
Sektorlar: Restoran, Təhsil, Poligrafiya, Oyun zalları.
Vəzifənin adı : Digital Marketing Manager

Namizədə dair tələblər:

- Ali təhsil
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə baсarığı
- İnternet saytlarda reklam yerləşdirmək, SEO sahədə ekpertiza
- Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik; yeni trendlərdən xəbərdar olmaq;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
- Reklam, psixologiya, filologiya və humanitar elimlər sahəsində geniş dünya görüşün olması vacibdir;
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Yaş: 23-38;

Əsas vəzifə və öhdəliklər:

- Mediaplanların tərtibi, mediabayinq prosesində iştirak, kommersiya təkliflərin hazırlanması;
- Şirkətə aid olan tədbirlərdə iştirak, prezentasiyaların tərtibi və təqdimatı
- Azərbaycan və regeonal bazarların araşdırılması, trendlərin müəyyənləşdirilməsi;
- Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
- İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək
- Hər bir kompaniya üzrə sosial media analizi aparmaq, analizin nəticələrini təhlil edərək rəhbərinə hesabat şəklində təhvil vermək;
- Şirkətin marketinq layihələri üzrə işlərin görülməsi;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və korporativ müştərilərin cəlb edilməsi;
- Markanın marketinq fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması;
- Internet resusrlardan gələn sorğuların cavablandırılması;
- Press reliz-lərin hazırlanması, saytlar kontentin yenilənməsi;
- SEO/SEM-in daimi tədbiqi.

İş şəraiti:

- İş qrafiki : 6 gün (09:00-18:00)
- İş yeri : Bakı şəhəri, m.Elmlər, Z.Xəlilov 25b.
- Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq;

Müraciət etmək istəyən namizədlərdən CV-zi (şəkil olmaq şərtdir) - [email protected] emailinə göndərməyiniz xahiş olunur. CV faylı ilə birgə Portfolio mütləqdir . Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. Freelance iş üçün narahat etməyin.

DA Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar