Bakalavriat ( IV kurs ) və Magistratura Tələbələri üçün Yay Təcrübəsi Proqramı

İşin təsviri

BAKALAVRİAT (IV KURS) VƏ MAGİSTRATURA TƏLƏBƏLƏRİ ÜÇÜN YAY TƏCRÜBƏSİ PROQRAMI

Əsas tələblər:

• Ali təhsil müəssisələrinin bakalavr (IV kurs) və magistr pilləsində olan tələbələr (ali təhsil müəssisəsinə qəbul balı yüksək olanlara üstünlük veriləcək);
• Azərbaycan Respublikasının vətəndaşı;
• Xarici dil bilikləri olan;
• Kompüter bacarıqları olan;
• Yazılı və şifahi ünsiyyət bacarığı  yüksək;
• Çevik və doğru qərar vermə bacarığı;

Proqram haqqında məlumat:

Proqram iyun-avqust aylarını (yay mövsümünü) əhatə edəcək və proqramın davam etdiyi müddətdə təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmçinin şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək. Təcrübəni uğurla başa vuranların daha sonra real layihə üzərində işləyən kollektivə qoşulmaq imkanları olacaq.

Göstərilən tələblərə uyğun gələnlər öz CV-lərini e-mailin mövzu hissəsinə mütləq "YAY TƏCRÜBƏSİ PROQRAMI" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edənlərdən yalnız tələblərə uyğun olanlarla əlaqə saxlanılacaq.