Dəstə rəisi

İşin təsviri

Dəstə rəisi

- Müəssisənin adı:  “Qazax Sement Zavodu” MMC ( Beton və Qum-çınqıl istehsalı Departamenti)
- Əsas iş yeri: Bakı şəhəri

Namizədə tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
- MS Office (Word, Excel, PowerPoint) proqramlarını bilməli;
- Xarici dil: Rus və İngilis dillərini bilənlərə üstünlük verilir;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, idarəetmə və təşkilatçılıq qabilyyətinə malik olmalı;
- Sürücülük vəsiqəsi olmalı.

Əsas vəzifə öhdəlikləri:

• Bütün müqavilə öhdəlikləri üzrə plan daşımalarının, texniki-istismar göstəricilərinin yerinə yetirilməsini, avtomobillərin texniki cəhətdən düzgün istismar edilməsini, hərəkətdə olan nəqliyyat vasitələrindən səmərəli istifadə olunmasını təmin edir.
• Avtomobillərin texniki vəziyyətinə nəzarəti həyata keçirir, onların təsdiq olunmuş qrafikə ciddi riayət etməklə xətlərə çıxmasını təşkil edir.
• Avtomobillə daşımaların gələcək planlarının tərtib olunmasında iştirak edir.
• Avtomobillərə texniki xidmətin göstərilməsi planının, yük xəritələrinin və marşrut cədvəllərinin işlənib hazırlanmasında iştirak edir.
• Avtomobillərin təsdiq olunmuş plana uyğun olaraq texniki xidmətə göndərilməsinə, eləcə də görülmüş işlərin keyfiyyətinə nəzarət edir.
• İstismara daxil olmuş avtomobillərin qəbulunu təşkil edir.
• Qəzaların, zədələnmələrin, boşdayanmaların, texniki istismar və yol hərəkəti qaydalarının pozulması səbəblərinin araşdırılmasında iştirak edir.
• Dəstənin işinin yekunlarını təhlil edir, daşımalar üzrə planın yerinə yetirilməsinə yönəldilmiş tədbirlər işləyib hazırlayır.
• Sürüсülərlə istehsalat təlimatının keçirilməsini həyata keçirir, onların istehsalat və əmək intizamına, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmələrinə nəzarət edir.
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
• Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

- Nahar üçün yardım,
- Aylıq mobil rabitə limiti

E - mail : [email protected]  Mövzu hissəsində "Dəstə rəisi " qeyd olunması zəruridir.