Korporativ satış mütəxəssisi

  • My Broker
  • Elanın qoyulma tarixi: 23.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Uğurlu karyeranızı "My Broker"-lə qurun!

Gənc və peşəkar komandamızın bir üzvü olacaq TƏCRÜBƏLİ "korporativ satış mütəxəssisi" axtarırıq.

Vəzifə öhdəlikləri:

- Potensial müştərilərlə əlaqələr quraraq, şirkətin göstərdiyi gömrük xidmətləri haqqında məlumat vermək, təqdimat həyata keçirmək;
- Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək;
- Soyuq zənglər, görüşlər əsasında yeni əməkdaşlıqlar və layihələri həyata keçirmək;
- Qarşıya qoyulan hədəflər əsasında fəaliyyət göstərmək;
- Müştəri üçün koordinator rolunu icra edərək, ortaya çıxan problemləri həll etmək;

Vəzifə üzrə tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Azərbaycan və Rus dili mükəmməl;
- Müştəri yönümlü düşüncə tərzi;
- Özünə inam və əminlik;
- Əla səviyyədə ünsiyyət bacarığı (şifahi və yazılı);
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək;
- Planlama və sürətli qərar vermə bacarığı;
- Nəticə yönümlü və müstəqil işləmə bacarığı;
- Logistika və gömrük əməliyyatları sahəsində iş təcrübəsinin olması üstünlükdür;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 1-5 günlər 09:00-dan 18:00-dək, nahar fasiləsi 13:00-14:00, şənbə günü saat 09:00-dan 15:00-dək, istirahət günü bazar günü;
- Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ satış mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.