Avtoyükləyici operator

İşin təsviri

Vəzifənin adı:  Avtoyükləyici operator

Vəzifə öhdəlikləri:

• Avtoyükləyicini yoxlamaq, aşkar edilmiş qüsurları iş öncəsi yoxlama vərəqində qeyd etmək və qüsurlar haqqında rəhbərliyə məlumat vermək;
• Avtoyükləyicini təhlükəsiz idarə etmək bacaracağına malik olmaq;
• Avtoyükləyicinin yükqaldırıcı mexanizmlərinin idarə etmə tərtibatlarından istifadə etmə bacaracağına malik olmaq;
• Avtoyükləyici vasitəsi qəbul edilmiş və göndərilməyə  hazırlanmış yükləri müvafiq nəqliyyat vasitəsindən boşaltmaq və yükləmək;
• Avtoyükləyicidə nasazlıqların  mövcudluğu halında onları aşkar etmək;
• Daşınacaq yüklərin təhlükəsiz yığıldığına əmin olmaq;

Təhsil/Təcrübə: 

• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Avtoyükləyici operator sertifikatı mütləqdir;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Avtoyükləyici operator” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.