Sərbəst tərcüməçilər (Rus-Azərbaycan)

İşin təsviri

Vakansiya: Sərbəst tərcüməçilər (Rus-Azərbaycan)

CETA Translations Rus-Azərbaycan dilləri üzrə sərbəst tərcüməçiləri əməkdaşlığa dəvət edir.

Tələblər:

- Ali təhsil
- Yüksək səviyyədə rus və azərbaycan dili bilikləri
- Ən azı bir sahə üzrə ixtisaslaşma
- Məsuliyyətlilik, işlərin vaxtında təhvil verilməsi
- Yüksək səviyyədə kompüter bacarıqları (ofis proqramları)

İşin təsviri:

- Müxtəlif sahələrdə materialların rus dilindən azərbaycan dilinə və əksinə tərcüməsi.
- İş sərbəst əsasla və xidmət müqaviləsi ilə həyata keçirilir.
- Şirkət haqqında məlumat - www.ceta.az

Xidmət haqqı hər tərcüməçinin təcrübəsinə uyğun olaraq razılaşdırılır.
Telefonla məlumat verilmir.

Maraqlanan namizədlər CV-ni vacancy (at) ceta.az ünvanına göndərə bilər. Mövzu xanasında TƏRCÜMƏÇİ (RUS-AZ) göstərilməlidir. Mətn hissədə isə təcrübə və ixtisaslaşma sahələri haqqında qısa məlumat verilməlidir. Müraciətlərin çoxluğunu nəzərə alaraq, ilk öncə bu tələblərə əməl edən şəxslərin müraciətlərinə baxılır.