Təcrübə proqramı

İşin təsviri

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) təcrübə keçmək arzusunda olan gəncləri təcrübə proqramına seçimdə iştirak etməyə dəvət edir. Təcrübə proqramı 6 ay davam edəcək.

İşin təsviri:

- Təlimlərin, tədbirlərin təşkil olunması
- Həftəlik bülletenlərin hazırlanması
- Kənd Təsərrüfatı sahəsində araşdırmaların aparılması, icmalların hazırlanması
- Daxil olan və çıxan emailləri nəzarətdə saxlamaq, cavablandırmaq və arxivləşdirmək
- Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi
- Üzvlərlə əlaqə saxlamaq, onlarla müntəzəm işləmək.

Namizədə tələblər:

- Təcrübəyə tam gün cəlb olunmaq imkanı olan
- Rus və ingilis dillərini bilən
- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
- Dəqiq, məsuliyyətli və məqsədyönlü
- Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.

Təcrübə proqramında iştirak edən gənclər təqaüd və naharla təmin edilir.

E - mail : [email protected]