Ofis meneceri

  • Mint İnşaat
  • Elanın qoyulma tarixi: 16.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ofis meneceri

Namizədə tələblər:

• Yalnız xanım namizədlər;
• Yaş həddi 22-30;
• Ali təhsilli;
• Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (minimum 1 ildən 3 ilə qədər);
• Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı;
• Dil biliyi: Azərbaycan dili (əla səviyyədə); Rus dili və ingilis dili biliyi arzuolunandır;
• Səbirli, xoş görünüşlü, gülərüz və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;

İş barədə məlumat

• Ofisə gələn telefon zənglərinin cavablandırılması
• Qonaqların qarşılanması
• Email və yazışmaların həyata keçirilməsi
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirilməsi
• Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı
• Ofis daxili kargüzarlıq sənədlərini hazırlanması
• İnzibati tapşırıqların icra olunması və ya koordinasiyası;
• Ofis üçün zəruri ləvazimatların təchiz edilməsi
• İş saatı 09:00 – 18:00`a dək
• Əmək haqqı: 350-400 AZN

Əlaqədar şəxs : Leyla Abdullazadə
Əlaqə telefonu : (012) 404 73 38;
Web Səhifə : www.ids.com.az 

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində ofis meneceri yazılmaqla göndərmələri xahiş olunur.
QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.