Mint İnşaat


Azərbaycan iqtisadiyyati sürətlə inkişaf etməkdədir. Bu inkişaf özünü yeni müəssisələrin yaranmasında, müxtəlif sektorların inkişafında göstərməkdədir. Tikinti sektoru da hal - hazırda irəlidə gedən və ÜDM-da xüsusi payı olan sektorlardan biridir. Dövlətimizin kiçik və orta biznesə, ümumiyyətlə, sahibkarlığa qayğısının nəticəsidir ki, bu sektorda da yeni müəssisələr yaranır.
“MİNT İnşaat” tikinti materialları bazarında özünəməxsus yer tutan şirkətlərdən biridir. Bizim “MİNT İnşaat” olaraq məqsədimiz müştərilərimizi keyfiyyətli, təhlükəsiz avadanlıqlarla təmin etmək, eyni zamanda iştehlakçılara istifadə zamanı dəstək və qayğı göstərməkdir. Dəstək və qayğı dedikdə, satışdan sonrakı texniki servis, təmir, ehtiyyat hissələrinin dəyişdirilməsini nəzərdə tuturuq. Qeyd etməliyik ki, bu məqsədi reallaşdırmaq üçün biz bu məhsul qrupları üzrə ən yüksək səviyyəli şirkətlərlə çalışırıq. Bunlardan irəli gələrək “MİNT İnşaat” - ın missiyası Azərbaycan bazarında yüksək keyfiyyətlli, təhlükəsiz məhsullarla çıxış etmək və bu məhsulların satışdan sonrakı təmir və texniki xidmətlərini göstərməklə bu sahədə lider olan şirkətə çevrilməkdir.

 “MİNT İnşaat ” MMC, inşaat, yük və sərnişin platformaları, sərnişin liftləri, fasad təmizləyən və fasada xidmət göstərən avadanlıqların satışdan öncəki texniki dəstəyi, satış sonrası quraşdırılması, texniki servisi və ehtiyyat  hissələri ilə təmin edilməsində hər zaman sizin yanınızdadır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?