Maliyyə departamentində ödənişli təcrübə proqramı

  • Smart Audit
  • Elanın qoyulma tarixi: 16.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"SMART AUDİT" MMC  Maliyyə departamentinə təcrübə proqramı elan edir

“SMART AUDİT” MMC kariyerasına peşəkar kollektivlə birgə çalışaraq başlamaq istəyən şəxslər üçün  Maliyyə Departamentinə təcrübə proqramı elan edir.

Universiteti yeni bitirmiş şəxslər və ya Maliyyə sahəsində təcrübə keçmək istəyən şəxslər müraciət edə bilərlər.

Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə vakansiya yarandığı təqdirdə işlə təmin olunacaqlar. Və ya gələcəkdə yaranan vakansiyalarda ilkin olaraq nəzərə alınacaqlar.

Tələblər:

• Ali təhsil ( Maliyyə, Mühasibat Uçotu və Audit və s.)
• Mühasibat uçotu üzrə baza bilikləri (sertifikatların olması üstünlükdür);
• Riyazi biliklər və məntiqi təfəkkür;
• Dil bilikləri: Azərbaycan dili - əla, rus və ingilis dillərini bilmək üstünlükdür;
• Ofis proqramlarını orta səviyyədə bilmə;
• Təşəbbüskar və məsuliyyətli olma;
• Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
• Özünü inkişafa meyillilik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
• Punktual və nizam-intizamlı.

Təcrübə proqramı 3 ay müddıtini əhatə edəcək və ödənişlidir.

İş günləri : həftə içi 5 gün,  saat 09:00-dan  18:00 –dək.

Maraqlı namizədlərdən  mailin mövzu hissəsində “Maliyyə departamenti - Təcrübə” qeyd edərək CV formalarını [email protected] mail ünvanına göndərmələri xahiş olunur.