Core Application Support Specialist

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 07.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Core Application Support Specialist

Vəzifənin məqsədi

Texniki çətinlikləri aradan qaldırmaq və komandanın tapşırığı yerinə yetirməsi üçün doğru məlumatlandırılmasını və təchiz olunmasını təmin etmək.

Vəzifə Öhdəliyi

• Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı texniki dəstək göstərmək
• Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək
• Vendorlarla birgə işin aparılmaq (Oracle Support)
• Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.
• OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək. (Linux/Windows idarəsi).
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. • -

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Bank sahəsində minimum 2 il iş təcrübəsi;
• Bank əməliyyatlarını bilmək, o cümlədən, depozit, kredit, kassa və s.
• Xarici dil: İngilis dili (yaxşı), Rus dili (yaxşı);
• Kompüter bilikləri: Oracle DB and PL/SQL, Linux, Flexcube Banking System, MS Office proqramları;
• Komandada daxilində çoxlu tapşırıqlarla işləyə bilmək.
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Məsuliyyətlilik;
• Operativlik;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Core Application Support Specialist” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

İşəgötürənin reytinqi