Vəzifə: Süd məhsulları üzrə texnoloq
Vəzifə öhdəlikləri:
- Süd məhsulları çeşidlərinin yüksək keyfiyyətlə istehsalını təmin etmək
- Yeni çeşidləri hazırlamaq və sınaqdan keçirmək
- Daima müştəri damaq dadına uyğun araşdırmalar aparmaq və təkliflər hazırlamaq
- Xaricdən dəvət alan konsultantlarla iş və fikir mübadiləsi aparmaq
- Məhsul keyfiyyətini artırmaq üçün metod və üsullar təklif etmək
- Tabeçiliyindəki işçiləri inkişaf etdirmək və idarə etmək
Namizədə tələblər:
- Təhsil: Qida məhsulları mühəndisliyi və ya süd və süd məhsulları texnologiyası üzrə ali təhsil
- Pendir, qatıq, ayran, kəsmik, xama, kərə yağı, şor və sərt pendir texnologiyasını bilməli
- Yeni məhsul yaratmaq, reseptlər hazırlamaq bacarığı və yüksək dad bacarığı olmalı
- Ofis proqramlarından sərbəst istifadə vərdişi
- Təhlilçi, stressə davamlı, diqqətli və komanda ilə işləmə bacarığı olmalı
- İş təcrübəsi: Süd istehsalı sahəsində 5 ildən yuxarı iş təcrübəsi
İş yeri: Atena Zavodu, Ağcabadi rayonu
İş qrafiki: 6 günlük
İş şərtləri: Şirkət tərəfindən nahar və yaşayış yeri ilə təmin edilir.
Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək [email protected] göndərməkləri xahiş olunur.