11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir.
ATENA zavodunun gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirmək potensialı var. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir.
ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 50 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.