Mağaza müdiri
Əmək haqqı: 750-1000 AZN
İş barədə:
• Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək; 
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək; 
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; 
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək; 
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək; 
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək; 
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək; 
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq; 
• Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq; 
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Tələblər:
• Ali təhsil;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı; 
• İşgüzar davranış etikasını; 
• Satılan məhsulun assortimentini və satış qiymətlərini; 
• Satış texnikası və prinsiplərini; 
• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını; 
• Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir; 
• Kompüter bilikləri (MS Office).
CV göndərərkən mövzu qismində " Mağaza müdiri" sözünün yazılması mütləqdir!