Energetik/Elektrik Mühəndisi

İşin təsviri

Şirkətin adı:   “Zəyəm Texnologiyalar Parkı”ASC
Vakansiya:     Energetik/Elektrik Mühəndisi
İş yeri:           Azərbaycan, Şəmkir rayonu, Zəyəm qəsəbəsi
Əmək haqqı : Razılaşma yolu ilə

İş şəraiti

- 5 günlük iş həftəsi, bazar ertəsi-cümə günü: saat 08:00-17:00
- Nahar fasiləsi: 12:00 - 13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
- Ehtiyacı olanlar müəssisənin yataqxanası ilə təmin edilir

İş barədə məlumat

• Müəssisənin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək
• Elektrik təchizatı ilə bağlı bütün texniki sənədlərin hazırlanması və icrası;
• Elektrik qurğularının və elektrik avadanlıqlarının cari və əsaslı təmirini qrafikə uyğun təmin etmək;
• Şəbəkənin və müəssisənin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
• Yeni istehsal sahəsinin və quraşdırılacaq dəzgahların elektrik təchizatının təşkili və işlərin icrasına nəzarət;
• Elektrik dövriyyəsinin hesablanması;

Tələblər

• Elektrik Mühəndisliyi, Elektroenergetika və s. müvafiq ixtisas üzrə Ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
• Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
• Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
• Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydaları üzrə biliklər;
• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;

Müraciət üçün son tarix: 31 May 2019

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını (ENERGETİK) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.