Mühasib köməkçisi

İşin təsviri

Mühasib köməkçisi

Vəzifə Təlimatları:

• Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək
• Bütün VHF-ın, hesab-fakturaların, xərc sənədlərinin, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların  qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması
• İlkin və yoxlanmış sənədlər əsasında  ödəniş tapşırıqlarını və digər mühasibat reyestr sənədlərini hazırlamaq, yoxlamaq, düzəlişlər etmək və imzaya ötürülməsini təşkil etmək
• Daxil olan və çıxan pul vəsaitlərinin uçotunu xəzinə və bank hesabları üzrə ayrılıqda gündəlik dəqiq uçotunu aparmaq, qalıqları yoxlamaq
• Mövcud qaydalara müvafiq olaraq lazımi sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq.
• Mühasibatlıqda kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işinin aparılması və nəzarət olması
• Mühasibat əməliyyatlarını 1C proqramına daxil etmək.

Tələblər:

• Oxşar vəzifədə 1 il iş təcrübəsi
• Vergi və Əmək qanunvericiliyi, həmçinin mühasibat uçotu standartlarından məlumatlı olması
• MUBS-dan məlumatlı olması
• Azərbaycan dilində səlis danışıq (danışıq və yazışma), Rus və İngilis dilləri orta səviyyədə
• Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
• Kompüter bilikləri (Məlumat bazası ilə iş təcrübəsi)

Şöbənin strukturunu və iş tələblərini nəzərə alaraq ancaq oğlan namizədlərin müsahibəyə dəvət olunması məqsədə uyğundur.

Xahiş olur CV-lərinizi  Mühasib köməkçisi başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.

İşəgötürənin reytinqi