Açıq və qapalı məkanlarda reklam üzrə satış şöbəsinin mütəxəssisi

  • Air Group
  • Elanın qoyulma tarixi: 22.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Açıq və qapalı məkanlarda reklam üzrə satış şöbəsinin mütəxəssisi

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil:Ali təhsil;
• Təcrübə: minimum 3 il ;
• Yaş: 25 – 35 ;
• Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dili arzuolunandır) ;

Vəzifə öhdəlikləri:   

- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi;                                       
- Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması ;

Şəxsi keyfiyyətlər:

- Düzgün şifahi nitq qabiliyyəti və elektron yazışma qaydalarına riayət etməli ;
- Analitik düşünmə qabiliyyətinə malik olmalı ;                                            
- Yüksək kreativlik və təşəbbüskarlıq ;                                                                                                             
- Müstəqil qərar qəbul etmək bacarığı və qətiyyətlilik ;                                                                                
- Detallara diqqət etməli, yaradıcı olmalı və təqib etməli;                                                                              
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli ;
- MS Office proqramlarını mükəmməl bilməli ;                                                                                                           
- Vaxtın düzgün idarə edilməsi ;                                         
- Daima üzərində işləməli .  

Əlavə məlumatlar:

• Əmək haqqı: 750-900 AZN+bonus;

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində " Açıq və qapalı məkanlarda reklam üzrə satış şöbəsinin mütəxəssisi" yazmaqla [email protected]  elektron ünvanına göndərə bilərlər .