Mühəndis-smetaçı (tikinti üzrə)

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 21.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis-smetaçı (tikinti üzrə)

Əsas vəzifə və öhdəliklər:

• Layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən  hesabatların yoxlanılması;
• Sahələrdən gələn texniki hesabatların yoxlanması;
• Layihələr üzrə iş qrafiklərin tərtib edilməsi və layihə üzrə işlərin planlaşdırılması;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi

Tələblər:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 25-50 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə  üstünlük verilir) proqramları;
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar  inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki- 6 gün, şənbə günü-qısa gün
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Layihə mühəndisi” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Tikinti şirkəti tərəfindən digər vakansiyalar