İnsan Resurları üzrə mütəxəssis

  • TID Consulting
  • Elanın qoyulma tarixi: 18.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TID Consulting LLC

İnsan Resurları üzrə mütəxəssis tələb olunur

İş barədə məlumat:

- Kadr sənədlərinin (əmək müqavilələri, işə qəbul, işdən çıxış, məzuniyyət, ezamiyyət əmrləri və s.) rəsmiləşdirilməsi
- Elektron portalda işləmək bacarığı
- Hesablaşma-tədiyyə cədvəllərinin, iş günlərini əks etdirən tabellərin və ştat cədvəllərinin hazırlanması
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabların, əmək qabiliyyəti olmaması, uşağa qulluğa görə müavinətlərin hesablanması
- Əmək haqqı, sosial sığorta kartlarının, əmək kitabçalarının sifarişi
- Məşğulluq hesabatlarının hazırlanması

Namizədə tələblər:

- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- MS Office və 1C (8.2) proqramlarında mükəmməl işləmək bacarığı
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar barədə məlumatın olması
- Ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

TID Consulting tərəfindən digər vakansiyalar