Müştəri xidmətləri təmsilçisi

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 18.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri xidmətləri təmsilçisi – Kredit Evi

Kredit  EviMMC – nin Bakı filialları üçün “Müştəri xidmətləri təmsilçisi” vakansiyası elan edilir.

“Müştəri xidmətləri təmsilçisi” üçün tələblər:  

o Yaş həddi: 18-30 yaş
o Cins: Qadın
o Təhsil: Orta-ixtisas ,Natamam-Ali təhsil;
o İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
o Dil tələbi:  -  Azərbaycan dili, Rus dili
o Kompyuter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
o Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
o Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
o Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar.

Vəzifə öhdəlikləri:

o Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək;
o Müştərilərin müraciətlərinə/sorğularına əsasən müvafiq proqramların vasitəsi ilə qeydiyyatların aparılması;
o Müştəri müraciətlərini operativ və sürətli cavablandırmaq;
o Filiallarda  kredit rəsmiləşdirilməsinin aparılması;
o Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədi ilə təkliflər hazırlamaq;
o Sorğu və hesabat formalarını təşkil etmək;
o Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
o Təşkilatın fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Bakı – Müştəri xidmətləri təmsilçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.