Laborant Mikrobioloq (Alkoqolsuz içkilərin istehsalı)

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 17.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Laborant Mikrobioloq (Alkoqolsuz içkilərin istehsalı)

Vəzifə təlimatı:

- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
- Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Sənədlərin hazırlanması;
- Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Tələblər:

- Kimya, biologiya, (mikrobioloq) sahəsində ali təhsil mütləqdir;
- Kimyaçı -  laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Xanım namizədlər arzuolunandır;
- Qida istehsalı sahəsində (alkoqolsuz içkilərin istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı;
- İş təcrübəsi minimum 5 il;
- Yaş həddi 27-45.
- Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli;
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli;

Əlavə məlumatlar:

- Əmək haqqı: Razılaşma əsasında;
- Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 6 gün, 08:00 – 17:00

CV-lərinizi [email protected] ünvanına “Laborant Mikrobioloq” başlığı ilə göndərin.

Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36
Əlaqədar şəxs: Aynurə xanım
Şirkət: Ayan MMC