İnsan Resursları Adminstrasiyası üzrə mütəxəssis

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət İnsan Resursları Adminstrasiyası üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi dəvət edir.

İnsan Resursları üzrə mütəxəssis:

- İşçilərin şəxsi işlərini hazırlayır, müvafiq dəyişiklikləri qeyd edir və arxivləşdirilməsini həyata keçirir;
- işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini hazırlayır və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- Əməkdaşların Sosial Sığorta Şəhadətnamələri ilə təmin olunmasını həyata keçirir;
- Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- məzuniyyətlərin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Kadr əmrlərini hazırlayır;
- Sənədlərin Kadr Bazasında operativ qeydiyyatını aparır; 
- Müvafiq  hesabatları tərtib edir.

Tələblər:

Ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi
Əmək Məcəlləsi və Qanunvericiliyə uyğun işləmək bacarığı
Ünsiyyət qurmaq bacarığı
Dəqiq və diqqətli olmaq
İnsanlarla işləmək bacarığı

Azərbaycan dilini əla bilmək vacibdir.
Rus və İngilis dilləri arzu olunandır.

Maraqlananlar CV-lərini [email protected]” elektron ünvanına  20.05.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “İR Adminstrasiyası” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi