1997-ci ildə yaradılmış SMARTON şirkəti kondisionerlərin satışı, təmiri və texniki xidməti sahəsində ixtisaslaşmış Texno-ticarət Mərkəzi kimi yaradılmışdır. Hazırda şirkətimiz "Panasonic", "LG Electronics", "Daikin", "Gree", "Zwilling JA Henckels", "Citizen" kimi brendlərin Azərbaycanda rəsmi təmsilçidir və öz müştərilərinə avtorizə olunmuş servis mərkəzi vasitəsilə bütün iri məişət texnikasına 3 illik rəsmi zəmanət təqdim edir.
Şirkət: Smarton MMC
Vəzifə: Mühasib
Vəzifə öhdəlikləri:
• 1C proqramında əməliyyatlar aparmaq;
• Bank borclarına nəzarət etmək və hesabatları aparmaq;
• Bank ödənişlərini həyata keçirmək;
• Balans hesabatlarını aparmaq;
• Müvafiq dövlət strukturlarına hesabatları təqdim etmək;
• İşçilərin əmək haqqlarını hesablamaq;
• Elektron qaimə və VHF-nı yazmaq;
• İnventarizasiyanı həyata keçirmək.
Tələblər:
• İqtisadiyyat, maliyyə sahəsində ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 2 illlik təcrübə;
• Yüksək analitik düşüncə;
• MS Office və 1C proqramlarında işləmə;
• Azərbaycan və rus dillərində səlis səviyyədə danışmaq. (ingilis dili arzuolunandır)
Əmək haqqı və iş şərtləri:
• Əmək haqqı namizədin iş təcrübəsində asılı olaraq danışıq əsasında müəyyən edilir.
• İş qrafiki 10:00-19:00, istirahət günləri ay ərzində 6 gün.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "mühasib" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.