Aparıcı mühasib

  • Elanın qoyulma tarixi: 15.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Aparıcı mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri:

Bank ödənişlərinin sistemə işlənilməsi və icra edilməsi, ƏDV, Statistik və DSMF hesabatlarının verilməsi, üzləşmə prosedurunun təmin edilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
- Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
- Bütün vergi hesabatlarının göndərilməsi (ƏDV, ÖMV, Mənfəət və s);
- E-qaimə fakturalarının və VHF nın yazılması;
- Statistika hesabatlarının hazırlanması və göndərilməsi;

- DSMF ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
- Məşğulluqla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
- Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Vergi uçotu sahəsində biliklər;
- MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

-  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-  Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib - Logistika” yazıb CV göndərməklə müraciət edilir.